Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2015
16:36
Pensiya yeni sistemlə hesablanacaq

"Prezident İlham Əliyevin qəbul etdiyi "2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası" Azərbaycanda pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir. Artıq DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə layihə çərçivə planı hazırlamışıq". Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev deyib.

O bildirib ki, hazırda nazirlər arasında bu məsələ müzakirə olunur. Bu dəyişikliklər nəticəsində Azərbaycanda sosial sığortalanmada ödənilən sosial sığorta vəsaitlərinin fərdi hesablara qeydiyyatı sxemi tamamilə dəyişəcək, yeni əsaslarla təyin olunacaq:

"Qanunvericilikdə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqqları fərdi hesablarda 100%-lik qeydiyyata alınacaq. Pensiyaların hesablanması zamanı yeni bir sistemdən istifadə olunacaq. Yüksək əmək haqqı alan şəxslər pensiyaya çıxarkən daha çox pensiya ilə təmin olunacaq. Bu, həmçinin əmək haqqlarının leqallaşmasına gətirib çıxaracaq. Yeni İslahat Konsepsiyasına əsasən bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərsə minimum tələbə cavab verəcəksə, o zaman onlardan iş stajı tələb olunmayacaq. Hazırda pensiya almaq minimum 12 il iş stajı tələb olunur. Kimlərsə minimum pensiya göstəricisini təmin etməzsə, onlar da dövlətin himayəsində qalacaq. Ancaq biz şərtləri sərtləşdirəcəyik. Ola bilər ki staj tələbini artıraq. Bununla da sistemdə sosial ədalət prinsipinə nail olacağıq".

Fond sədri qeyd edib ki, Azərbaycanın sığorta pensiya qanunvericiliyi yenidən qurulacaq. E.Mehdiyev bildirib ki, İslahat Konsepsiyası nazirlər arası müzakirədən sonra hökümətə təqdim olunacaq, daha sonra isə daha yuxarı instansiyalara göndəriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
30

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
102

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
212

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
481

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
412

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
364
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru