Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2015
15:55
Faydasız nəqliyyat kartları nə zaman işə düşəcək?

Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılmasından uzun vaxt keçsə də, hələlik bu sistem işləmir. Cəmiyyət arasında isə belə söz-söhbətlər gəzir ki, Nəqliyyat Nazrliyinin tətbiq etdiyi yeni sistem iflasa uğrayıb. Bir çox kütləvi informasiya vasitələrində bildirilir ki, artıq nazirlik və nəqliyyat departamenti də gedişhaqqıların kartla ödənilməsi sisteminin uyğunsuz olduğunu görüb və bu sistem artıq ləğv edilib.

Hətta ekspertlər də, yayılmış şayiələrlə bağlı verdikləri açıqlamalarda bildiriblər ki, əslində gediş haqqlarının kart sisteminə keçirilməsi düzgün adım deyildi. Bu sistemin ləğv olunması da gözlənilən addım idi.

Qeyd edək ki, hazırda Bakıda 2 mindən çox sərnişin avtobuslarının demək olar ki, 80 faizində validatorlar quraşdırılıb. Hər bir validatorun da qiyməti min ABŞ dolları təşkil edir. Avadanlıqlar Koreyadan gətirilib. 2013-cü ildən bəri Nəqliyyat Nazirliyinin təqdim etdiyi və təriflədiyi bu sistemin ləğv olunma səbəblərini araşdırmaq istədik.

Məsələni araşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirdi ki, kart sisteminin ləğv edilməsi barədə yayılan söhbətlərin hamısı birmənalı olaraq yalandır.

“Hələlik Nəqliyyat Nazirliyinin tətbiq etdiyi layihələrin heç biri dayandırılmayıb. Sizcə 2013-cü ildən bəri əzab-əziyyətlə hazırlanan və tərtib olunan layihəni dayandırmaq nə qədər düzgün olar?”, - deyə N.Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, belə şayiələrin yaranmasına səbəb həmin sistemin gec işləməsi və yaranmış qüsurlardır. Namiq Həsənov deyir ki, əvvəldən çalışılırdı ki, ictimai nəqliyyatda vahid ödəniş sisteminə keçid olsun. Yəni gedişhaqqıları vahid ödəmə kartları ilə ödənsin.

Sərnişinlər yalnız bir kartdan istifadə edərək həm metroda, həm də avtobuslarda ödəmələr apara bilsinlər. Lakin texniki problemlərlə əlaqədar hələlik buna nail olmaq mümkün olmayıb.

Namiq Həsənov onu da vurğulayıb ki, Avropa Oyunlarına qədər bu sistem artıq tam şəkildə işə düşəcək.

Qeyd edək ki, avtobuslarda gedişhaqqıların kart sistemilə ödənilməsi barədə layihə 2013-cü ildən hazırlanır. Dəfələrlə Nəqliyyat Nazirliyi tərəfindən bildirilirdi ki, həmin sistem ideal şəkildə tətbiq olunacaq. Bir neçə dəfə sistemin icrasına başlanılacaq gün də dəyişdirilmişdi. Ötən ilin yay aylarından başlayaraq kartla ödəniş sistemi işə düşdü. O zaman Nəqliyyat Nazirliyi bildirdi ki, ilin sonlarına qədər ödənişlər tam nağdsızlaşdırılacaq. Artıq sürücülərin əli nağd pula dəyməyəcək. Lakin həmişəki kimi yenə də verilən vədlər söz olaraq qaldı.

O vaxtdan indiyə kimi sərnişinlərin yalnız 2-3 faizi kartla ödəmələrdən istifadə edib. Bu da sistemin düzgün qurulmadığını bir daha sübut edir.

Ekspertlərin fikrincə də sistemin qurulmasında böyük problemlər var. Nəqliyyat eksperti Məzahir Rüstəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, əvvəldən bilinirdi ki, sistem düzgün qurulmayıb. Ekspert bunun səbəbinə sahibkarlarla sürücülər və nəqliyyat departamenti arasında münasibətlərin düzgün tənzimlənməməsində görür.

“Unutmaq olmaz ki, arada maliyyə məsələsi var. Bu sistemin qurulmasına külli miqdarda vəsait xərclənib. Amma bu sistemi qurarkən sahibkarları nəzərə almadılar. Sahibkarların hüquqları da nəzərə alınmalıydı”, - deyə Məzahir Rüstəmov bildirib.

Sahibkarlar da ekspertlərin fikirləri ilə razılaşırlar. Sahibkarlar da, yeni qurulan sistemin işləməyəcəyini deyir.

“Hazırda avtobuslarda validatorlar quraşdırılıb. Artıq bir ildən çoxdur işləyir. Amma gündə kartlardan istifadə edənlərin sayı yox dərəcəsindədir. Bir gündə heç 1 manat yüklənmir”, - deyə sahibkarlar bildirib.

Onlar bu sistemdə sürücülərlə aralarında narazılıqların yarandığını da əlavə ediblər. 

Nə deyək Avropa Oyunlarını da gözləyək. Görək necə olur!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
0

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
92

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
196

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
481

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
411

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
364
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru