Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2015
20:31
Azərbaycanda erkən nikah yaşı açıqlandı

Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil, yuxarıdır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

E.Səfərov bəzi ölkələrdə erkən nikahlar üçün yaş həddinin daha aşağı olduğunu deyib: “Məsələn, Tacikistanda erkən nikahlar üçün yaş həddi daha çox 12-dən 15-dəkdir. Bizdə isə qeyri-rəsmi nikaha daxil olanlar üçün yaş həddi 15, 16, 17-dir”.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda erkən nikahların səbəbi digər ölkələrdə olduğu kimi sosial vəziyyətlə bağlı deyil: “Bu, bizdə beyinlərdə formalaşmış stereotiplərdir, ailənin qayda-qanunudur. Onun dəyişdirilməsi üçün stereotiplərin dəyişdirilməsinə, güclü maarifləndirmə işlərinin aparılmasına, yerlərdəki dövlət qurumlarında bu sahədə güclü islahatlar aparılmasına ehtiyac var”.

Qeyd edək ki, Azərbaycanda 1999-2013-cü il illər ərzində nikaha daxil olan qadınların ümumi sayında yaşı 18-dək olan qızların sayı ən çox 1999-cu ildə (7,1%) qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2012-ci ildə yaşı 18-dək olan qızlarla nikaha girənlərin sayı 295, 2013-cü ildə isə 229 nəfər olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
210

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
226

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 12:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru