Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2012
14:12
NURSULTAN NAZARBAYEV ƏLİNİN PAPAĞINI VƏLİNİN BAŞINA QOYDU
Bir neçə nazirliyi ləğv edib, səlahiyyətlərini digərləri arasında bölüşdürdü

Qazaxıstan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Nursultan Nazarbayevin Sərəncamı ilə Serik Axmetov Baş Nazirin birinci müavini təyin olunub. S.Axmetov bundan əvvəl nəqliyyat və kommunikasiyalar naziri, Astana şəhər akiminin müavini, Prezident Administrasiyasında işləyib.
Prezidentin digər Sərəncamı ilə Pavlodar vilayətinin akimi Bakıtjan Saqintaev bu vəzifədən azad edilib, iqtisadi inkişaf və ticarət naziri təyin olunub.
Qazaxıstanın ədliyyə naziri işləmiş Rəşid Tusubbekov İqtisadi cinayətkarlıq üzrə agentliyin sədri təyin edilib.
Dövlət başçısının Sərəncamı ilə Rabitə və İnformasiya Nazirliyi ləğv edilib, onun funksiyaları Nəqliyyat və Kommunikasiyalar Nazirliyi və Mədəniyyət Nazirliyi arasında bölünüb, Mədəniyyət Nazirliyi-Mədəniyyət və İnformasiya Nazirliyi adlandırılıb. Turizm və İdman Nazirliyi ləğv edilərək, Sənaye və Yeni Texnologiyalar Nazirliyinin tərkibində Bədən Tərbiyyəsi və İdman İşləri Agentliyi yaradılıb.

Babək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
225

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
236

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
271

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 01:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru