Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2015
14:54
Nəqliyyat qoçularının daha bir davası - Fotolar

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüsü arasında daha bir insident yaşanıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücüsündən sənədlərini tələb ediblər. Bu zaman onların arasında mübahisə düşüb və müfəttişlər taksi sürücüsünün sürücülük vəsiqəsini əlindən alıblar. Daha sonra müfəttişlər özlərinə məxsus maşına əyləşərək ərazidən uzaqlaşmaq istəyərkən taksi sürücüsü avtomobilin qarşısına çıxıb. Müfəttişlər avtomobillə taksi sürücüsünü vuraraq hadisə yerini tərk ediblər. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Yaralı taksi sürücüsü ərazidə olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb.

 Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Lakin araşdırmalar hələ başa çatmadığı üçün polisdən bu barədə əlavə açıqlama verilməyib.Avtolent.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru