Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2015
12:22
Nəqliyyat “qoçular”ı iş başında yaxalandılar – FOTO - VİDEO

Mətbuatda Nəqliyyat Nazirliyinin əməkdaşlarının özbaşınalıq hərəkətləri ilə bağlı dəfələrlə yazılar, fotolar və videomateriallar yayımlanıb. Amma bu zamana kimi bir nəfər də nazirlik əməkdaşı cəzalandırılmayıb. Ümumiyyətlə, Nəqliyyat Nazirliyini qaya daşlarına bənzətmək olar. Çünki heç bir yazıya reaksiya vermirlər.  Artıq cəmiyyətdə özləri barədə bir “qoçu dəstəsi” imici formalaşdıran Nəqliyyat Nazirliyinin müfəttişləri son illərdə sözün həqiqi mənasında, şəhərdə at oynadırlar. Sürücülərə qarşı zor tətbiq etməyi özləri üçün az qala vərdişə çevirən Nəqliyyat Nazirliyinin bəzi müfəttişləri o qədər arxayınlaşıblar ki, onlar artıq işlərinin taksi sürücülərini döymək və təhqir etmək olduğunu zənn edirlər. 

Elə bu düşüncə ilə də Nəqliyyat Nazirliyinin bəzi müfəttişləri taksi sürücülərini döyərək, hədələyərək “haqq” alırlar. Nəqliyyat müfəttişlərinin budəfəki qurbanı isə Bakı metrosunun “20 Yanvar” stansiyasının yaxınlığında öz maşını ilə qonşusunu metroya gətirən sürücü olub.

Qəzetdə müxbirlik edən nəqliyyat müfəttişi...

Sürücünün sözlərinə görə, o, taksi fəaliyyəti ilə məşğul deyil: “Öz şəxsi avtomobilim ilə Bakı şəhərinə gələrkən yolda qonşumun avtobus gözlədiyini gördüm və yaxşılıq etmək məqsədi ilə onu da maşınıma mindirdim. Və gətirib, metronun yanında düşürdüm”.

Bütün qalmaqal da elə bundan sonra baş verib. Belə ki, Bakı metrosunun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobilini saxlayaraq, qonşusunu düşürən sürücünün maşınına bu dəfə iki nəfər nəqliyyat müfəttişi yaxınlaşıb. Onlardan biri sürücünün yanında əyləşərək, onun hərəkət etməsinə mane olub. Digəri isə avtomobildən düşən şəxsi söhbətə tutub və ondan sürücüyə pul verib-verməməsini soruşub. Sərnişin isə onlara sürücünün qonşusu olduğunu və heç bir pul ödəmədiyini deyib. Buna baxmayaraq, onlar uzun müddət sürücünü sorğu-suala tutublar və sənədlərini yoxlamağa başlayıblar. Hadisənin şahidi olmuş musavat.com-un əməkdaşı baş verənləri öz videokamerasının yaddaşına köçürüb. Bu zaman Nəqliyyat Nazirliyinin əməkdaşlarından biri ona qarşı kobud davranaraq, təhqiramiz ifadələrdən istifadə edib. Tərəflər arasındakı danışıq əsnasında nəqliyyat müfəttişlərindən biri əməkdaşımıza jurnalist olduğunu bildirib: “Mən də jurnalistəm. “Açıq Səma” qəzetinin jurnalistiyəm. Eyni zamanda, Nəqliyyat Nazirliyinin əməkdaşıyam”.

Maraqlı sual budur ki, nazirliyin əməkdaşı eyni zamanda necə jurnalist ola bilib? Üstəlik, “Açıq Səma” adında qəzetin olub-olmaması da şübhə doğurur. Çünki bu haqda heç yerdə məlumat yoxdur. 

“Belə sürücülərin qarşısını almaq bizim borcumuzdur”

Bir müddət sonra əməkdaşımıza nəqliyyat müfəttişi geyimində olan digər bir şəxs də yaxınlaşıb və öz əsəblərinə hakim ola bilməyən həmkarını sakitləşdirməyə çalışıb. O, əməkdaşımızla söhbətində haqqında danışılan sürücünün saxlanma səbəblərini belə izah edib: “Əməkdaşlarımızın mülki geyimdə olmalarının səbəbi onların daha yaxşı fəaliyyət göstərmələrinə kömək edir. Çünki bəzi sürücülər qanunsuz olaraq, taksi fəaliyyəti ilə məşğul olurlar. Onlar da əsasən Sumqayıtdan Bakıya sərnişin gətirənlərdir. Biz də burada dayanaraq, onları aşkarlayırıq. Belə sürücülərin qarşısını almaq bizim borcumuzdur. Çünki qanuni yolla işləyən, taksi fəaliyyəti üçün lisenziyası olan sürücülər bizə şikayət edirlər. Onlar deyirlər ki, “Biz hər ay vergi veririk. Vergidən yayınaraq, taksi fəaliyyəti ilə məşğul olanlara görə qazancımız azalır. Bunların qarşısını alın”. Biz də öz vəzifə borcumuzu yerinə yetiririk”.

Nəqliyyat Nazirliyinin əməkdaşları bu zamana kimi sürücü döymələri ilə kifayət qədər “məşhurlaşıblar”. Onların əlindən bezən sürücülərin bəzilər hətta intihara da əl atırlar. Bəziləri özünü körpüdən atıb, bəziləri isə özlərini yandırıblar. Nazirliyin əməkdaşları ilə taksi sürücüləri arasındakı mübahisələrin müxtəlif səbəbləri var. Belə ki, tərəflər arasındakı bir-birinə qarşı haqlı və ya haqsız ittihamlar, təhqiramiz ifadələr, etikadan kənar davranışlar sonda dava-dalaşla nəticələnir. Taksi sürücülərindən bəziləri qanunsuz, sənədsiz fəaliyyət göstərmək istəyirlər. Təbii ki, onların da vergilərə cəlb olunması zəruridir. Amma bunu sürücüləri döyməklə, söyməklə, intihara məcbur etməklə yox, qanun çərçivəsində etmək lazımdır. Qanunsuz fəaliyyət göstərən taksi sürücülərini qaydalara riayət etməyə məcbur etmək üçün nazirlik daha sivil və doğru yollardan istifadə etməlidir.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
60

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
170

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
246

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
450

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
392

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
349
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru