Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2015
16:40
Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt yolunda reydə başladı

Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarına qarşı reydlərə başlayıb. 

Nazirliyin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, ümumiyyətlə, şəhərlərarası sərnişin avtobusları avtovağzaldan-avtovağzala hərəkət etməlidir. 

Buna baxmayaraq son günlər Sumqayıt avtovağzalından yola çıxan bəzi sərnişin avtobusları qanunsuz olaraq paytaxtda “Şamaxinka” adlanan əraziyə və “20 Yanvar” dairəsinə yığışırlar: “Bu avtobusların son dayanacaq məntəqəsi Beynəlxalq Avtovağzaldı. Ancaq artıq pul qazanmaq məqsədilə onların bəziləri qanunsuz olaraq marşrutlarını dəyişiblər. Həmin sürücülər bununla həm qanunsuz fəaliyyət göstərir, həm bu ərazilərdə sıxlıq yaradır, həm də gediş haqqını qaldırırlar. Artıq iki gündür ki, bu cür hallara qarşı reydə başlanılıb. Bu məsələ nazir Ziya Məmmədovun şəxsən diqqətindədir. Reydlər zamanı qanunsuz fəaliyyət göstərən avtobuslar cərimə meydançasına aparılır. Cərimə ödənildikdən sonra isə onların fəaliyyətinə qadağa qoyulur”.

Nazirliyin rəsmisi bildirib ki, hansı sahibkar texniki istismar müddəti başa çatmayan avtobuslardan istifadə edirsə, sərnişinləri Sumqayıtdan Beynəlxalq Avtovağzalına gətirirsə və bu işlə məşğul olmaq üçün lisenziya alıbsa, onların fəaliyyəti təmin ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda zəlzələ olub

21

İyun
11:29
DÜNYA
35

Neft yenidən bahalaşıb

21

İyun
09:45
DÜNYA
345

AMB-nin valyuta məzənnələri

21

İyun
09:34
İQTİSADİYYAT
315

Azərbaycana yay gəlib

21

İyun
09:11
ÖLKƏ
315

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
433

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
507

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
560

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
558

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
655
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 11:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru