Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2015
12:10
Nəqliyyatda gedişhaqqı ilə bağlı ilk RƏSMİ AÇIQLAMA

Ötən gün ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyat daşımada qiymətlərin artacağı ehtimalını yaradıb. Xüsusilə, taksi və avtobusların sərnişin daşıma qiymətlərində gözlənilən bahalaşma metroya da təsir edəcəyi ehtimal olunur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə ANS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. 

O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə bu məsələ "Bakı Metropoliteni"ndə müzakirə edilmir.

Tarif Şurasından verilən məlumata görə, sərnişindaşımada qiymətlərin artırılması ilə bağlı quruma müraciət daxil olmayıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yanacağın qiymətinin 0.02 AZN qalxması Azərbaycanda sərnişindaşımada və ya hər hansı bir sahədə qiymət artımına əsas vermir.

Nazirlikdən bildirilib ki, yol vergisi və avtomobillərin texniki baxışından pul çıxarılıb, yanacağa verilib, sadəcə olaraq mexanizm dəyişdirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

21

İyun
09:45
DÜNYA
265

AMB-nin valyuta məzənnələri

21

İyun
09:34
İQTİSADİYYAT
260

Azərbaycana yay gəlib

21

İyun
09:11
ÖLKƏ
265

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
403

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
487

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
530

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
523

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
615
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 10:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru