Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2015
11:56
“Növbəti artım nəqliyyat sektorunda olacaq”- Hazır olun

qtisadçı ekspert Samir Əliyev yanacağın qiymətinin qalxma səbəblərindən və bunun digər sahələrdəki qiymət artımına göstərəcəyi təsirlər barədə danışıb. 

Ekspert “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Azərbaycan hökumətinin benzinin və dizelin qiymətinin artması məntiqini başa düşməyin çox çətin olduğunu vurğulayıb: “Burada əsas səbəb büdcəni doldurmaqdan ibarətdir. Çünki neftdən asılı olan Azərbaycan  büdcəsi çox böyük risklə üzləşib.  Hökumət elan edir ki, neftin ucuzlaşmasının bizə heç bir təsiri yoxdur. Artıq 2014- cü ilin büdcəsinin proqnozlar ilə müqayisədə az icra olunduğunu gördük. İlin əvvəlində təsdiq olunan proqnoz 7 faiz az icra olundu. Bu hələ ilin ortasında başlayan neft ucuzlaşmasının nəticəsidir. İl başlayandan isə neft 50 dollardan da aşağı düşüb, hökumət isə büdcəni 90 dollardan götürüb. Əgər qiymət bu cür davam edərsə, onda Azərbaycan büdcəsi proqnozu 15-20 faiz kəsrlə icra olunacaq”.

Ekspert bildirib ki, hökumət hazırda qabaqlayıcı tədbirlərə əl atır: “Bu addımlardan biri də banklarda vətəndaşların əmanətlərinə tətbiq edilən güzəştlərin ləğv edilməsidir. Bu addım nəticəsində yəqin ki, büdcəyə əlavə olaarq 30-40 milyon vəsait daxil olacaq. Ötən gecə benzinin qalxmasına səbəb kimi isə yol vergisinin ləğv olunması göstərilib. Bu ARDNŞ-nin satdığı benzinə şamil edilib. Eyni zamanda başqa ölkədən idxal olunan  benzinə də yol vergisi tətbiq edilib. Hökumət əsaslandırır ki, yol vergisi ləğv olunub və bunun  nəticəsində də vətəndaşlar vergini az verəcəklər. Amma büdcəyə baxsaq, son vaxtlar yol vergisinin azalmasının  şahidi oluruq. Ötən il 22 milyon manat həcmində yol vergisi büdcəyə daxil olub. Hökumət bu 22 milyon manat olan yol vergisini ləğv edib və bunu yanacağa tətbiq edib. Ekspertlər isə hesablayıb ki, benzinin və dizelin qiymətinin iki qəpik artması büdcəyə təxminən 70 milyon vəsait gətirəcək. Bu o deməkdir ki, hökumət 22 milyonu 70 milyona qurban verir. Bu da üç dəfəyə qədər büdcədaxilolmalarının artması deməkdir. Bundan başqa qızıla, siqaretə tətbiq edilən aksiz vergiləri də büdcəni doldurmaq məqsədi daşıyır”.

S. Əliyev artımların başqa sahələrdə də olacağını açıqlayıb: “İlin ortasında digər sahələrdə də xərclərin artması gözlənilir. İstisna etmirəm ki, növbəti artım nəqliyyat sektorunda olacaq. Yanacağın qalxması daşınmaların qiymətini artırır. Bu da məhsulun maya dəyərinə təsir edir. Nəzərə alsaq ki, artımdan qabaq da nəqliyyat sektoru zərərlə işlədiyini qeyd edirdi. Bu da onlara əsas verəcək ki, hökumət qarşısında qiymətlərin artması təşəbbüsü ilə çıxış etsinlər. Dizelin qiymətinin artması ilk zərbəni kənd təsərrüfatına vuracaq. Çünki nə qədər paradoksal olsa da, prezident bu ili kənd təsərrüfatı ili elan edib. Kənd təsərrüfatı üçün önəmli olan yanacağa görə bu təşəbbüs uğurlu olmayan addımdır. Bu il inflyasiya 5-6 faizdən çox olacaq. Əgər dünya bazarındakı proseslər daha da sərtləşsə, Mərkəzi Bank manatı ucuzlaşdırsa, bu da inflyasiyaya təsir göstərəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
165

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
241

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
445

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
387

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
344

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru