Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2014
14:14
Nəqliyyat qoçuları ilə sürücülər arasında əlbəyaxa dava - Foto

Bu gün - dekabrın 23-də saat 12:30 radələrində Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində nəqliyyat müfəttişləri ilə sürücülər arasında əlbəyaxa dava baş verib.

Nəqliyyat Departamentinin əməkdaşları yolla hərəkət edən 90 BC 834 nömrə nişanlı “QAZel” markalı maşını saxlayıblar. Nəqliyyatçılar həmin maşının sürücüsünə -  Cəlilabad rayonu, Alar kənd sakini Əliyar Hüseynova güc tətbiq ediblər. Onu maşından zorla düşürərək fiziki təzyiqlərə məruz qoyublar. Nəticədə sürücünün paltarları cırılıb.

Yoldan keçən digər sürücülər isə bununla bağlı müfəttişlərə irad bildiriblər. Mübahisə getdikcə qızışıb. Nəqliyyat müfəttişləri digər sürücülərə qarşı da kobudluq etməyə başlayanda  tərəflər arasında əlbəyaxa dava düşüb. İnsidentə polis müdaxilə edib. Yalnız Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının səyləri ilə davanın qarşısı alınıb. İnsident iştirakçıları polis şöbəsinə aparılıb.

Dava nəticəsində Ələt-Astara yolu bağlanıb, yolun 51-ci kilometrliyində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşıb.Virtualaz.org 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru