Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2014
13:59
Nəqliyyat Nazirliyinin qoçuları yenə sürücü döydülər - VİDEO

Dekabrın 19-da metronun 20 yanvar stansiyası yaxınlığında Nəqliyyat Nazirliyinin 2 mülki geyimli işçisi daha bir sürücünü amansızcasına döyüblər. 

Sürücü Məmmədov Anar Elxan oğlu Qaynar.info-ya hadisənin necə baş verdiyini danışıb.

Onun sözlərinə görə, axşam olduğundan şəxsi maşınında yaxın bir qohumunu gözləyirmiş: "Bu an iki mülki geyimli şəxs maşınıma yaxınlaşaraq sənədləri istədilər. Mən onlara kim olduqlarını və niyə onlara sənəd verməli olduğumu soruşdum. Maşının böyründə olan digər şəxs qapını açaraq içəri girdi və mənə hədə-qorxu gəlməyə başladılar. Amma mən sənədlərimi verməkdən imtina etdim. Həmin an üstümə hücum etdilər. Biri mənim qolumu burub, yerə yıxdı, digəri isə maşından sənədləri götürüb qaçdı. Mən başa düşə bilmirəm bunun adı nədir? Axı hansı qanunda belə bir şey yazılıb. Bu Nəqliyyat Nazirliyi niyə ölkədə qarşudurma yaratmaq istəyir? Bunlara bir dur deyən tapılmayacaq? Mən taksi şoferi deyiləm ki, kimsə məndən sənəd istəsin. Hətta taksi şoferi olsam belə, mülki geyimdə kiminsə sənədi götürüb bu cür qaçması qanunsuzluqdur". 

Sürücü onu da dedi ki, polisə müraciət edib. Ona hücum edən şəxslər cəzalandırılmayana kimi bu işdən əl çəkməyəcək.

Ətrafda olan insanlar da hadisəni bu cür baş verdiyini təsdiq etdilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru