Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2014
13:16
Nəqliyyat Nazirliyi Abutalıbovdan irad tutdu

Nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edirlər”.

Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödəniş həyata keçirilən parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Bu qurğular nəqliyyatın hərəkətini mümkünsüz edir.

Bunu APA-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Onun sözlərinə görə, əsas çətinlik avtobuslar üçün nəzərdə tutulan cibliklərlə bağlıdır: “Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir”.

Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq.

Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə oranın ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub.

Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
90

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
221

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
435

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
371

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
339

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
342

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 11:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru