Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2014
17:19
Nəqliyyat Nazirliyi avtobuslarda gediş haqlarının artırılmasında israrlıdır

"Nəqliyyat Nazirliyi 4-5 ay bundan əvvəl Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı müraciət edib". Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Ə. Cəfərov sözlərinə görə, nazirlik əsaslandırılmış şəkildə müxtəlif nəqliyyat mütəxəssislərinin fikirlərini nəzərə alaraq bəzi nəqliyyat xətlərində marşrutların gediş haqlarını qaldırıb: "Tarif Şurasının qərarı ilə 15-25 və 30-40 km-dək olan məsafədə hərəkət edən avtobuslarda gediş haqqı müvafiq olaraq 25 və 35 qəpik təşkil edir. Bu gediş haqqının dəyəri isə avtobusların getdiyi yolun, işlətdiyi yanacağı ödəmir. Avtobusların xarab olduğu halda da təmir xərclərini də ödəmir".

O, deyib ki, gediş haqqının 25 və 35 qəpik olduğu halda, sərnişinlərdən 30 və 40 qəpik alınır: "Bu da sürücü və sərnişinlər arasında bəzən narazılıq yaradır. Bu baxımdan vətəndaş göstərilən ödənişi etməlidir. Buna görə də düşünür ki, qiymətlər artırılmalıdır".

Ə. Cəfərov deyir ki, qiymətlər artırılmayana qədər nəqliyyat sistemindəki bəzi neqativ hallar davam edəcək: "Sürücülərə və avtobus sahibləri olan iş adamlarına bu qiymətlə gediş haqqı sərf etməyəcək. Nəticədə avtobuslarda nasazlıq yarandıqda xəttə daha az nəqliyyat vasitəsi çıxacaq ki, bu da nəqliyyatda sıxlığın yaranmasına şərait yaradacaq".

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə  bildirib ki, Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı 4-5 ay əvvəl müraciət daxil olub. "Həmin dövrdə müraciətə baxılaraq müvafiq qərar verilib".

O, həmçinin əlavə edib ki, yaxın günlərdə Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu ilin sentyabrın 5-də keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib. Şura bildirib ki, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib. Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
233

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
327

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
342

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
462

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
526

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
689
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 19:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru