Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2014
10:39
Nəqliyyat Nazirliyi tramplinləri sökməyə başladı – VİDEO

Bir neçə gün öncə Avtosfer.az saytında yollarda sürücülərə yaradılan süni maneə – tramplinlər barədə yazmışdıq. Qeyd etmişdik ki, yollarda quraşdırılan bu qurğuların heç bir qanuna uyğun deyil. Xüsusən də, asfaltdan, betondan və kəndirdən hazırlanan maneələrin qanunda heç bir adı yoxdur. Bu bir yana, rezin və dəmir qarışıq maneələr barəsində də «Yol hərəkəti haqqında» qanunda nəsə yazılmayıb. Rusiyada bu qurğular yol nişanları qrupuna aid edilib və tətbiq edilir. Çünki bəzi hallarda sürücüləri sürət həddini aşağı salmağa yalnız bu qurğuların köməyi ilə məcbur etmək mümkün olur. Amma Azərbaycan qanunvericiliyində bu sahədə boşluq var. Vətəndaşların, daha dəqiq desək, sürücülərin haqlı narazılığına səbəb olan bu qurğuların artması, yola yaxın əraziələrdə yaşayanların harada gəldi kustar üsulla süni maneələr yaratması avtomobilə çox ciddi ziyan vurur. Ən çox da amartizasiya sistemi sıradan çıxır.

Avtosfer.az-ın bu sahədə aparıdığı araşdırmalar zamanı ortaya çıxan biabırçı mənzərə artıq Nəqliyyat Nazirliyini hərəkətə gətirib. Əməkdaşımız son günlər paytaxt küçələrində Nəqliyyat Nazirliyinin əməkdaşlarının traktor gətizdirib həmin maneələri uçurduğunun şahidi olub. Belə proseslərdən biri Səbail rayonunda əməkdaşımızın kamerasına həkk olunub. Göründüyü kimi, NN-in əməkdaşları qrup halında yolları gəzərək bu cür maneələri aşkar edirlər. Ardınca isə traktor çağırıb onu sökürlər. Maraqlısı budur ki, nazirliyin əməkdaşları maneə söküləndən sonra asfalt üzərində yaranan çala-çökək vəziyyəti aradan qaldırmadan, asfalt vurmadan oradan uzaqlaşırlar. Yəni, «qaş düzəltdikləri yerdə göz çıxarırlar». Bəzən isə asfalt qırıntılarını da orada tərk edib gedirlər.

Əməkdaşımızla söhbətində nazirliyin əməkdaşı bildirib ki, paytaxtın bütün küçə və prospektlərində bu cür süni maneələrin hamısı söküləcək. Çünki onların qanunsuz quraşdırıldığı ortaya çıxıb. Nazirlik əməkdaşı onu da əlavə edib ki, hələlik yalnız asfaltdan, betondan və kəndirdən ibarət maneələr sökülür. 

Hər halda, sevinirik ki, gec də olsa Nəqliyyat Nazirliyi yollardakı təhlükələrdən birinin fərqinə vardı. Uğurlar…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
125

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
241

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
445

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
381

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
344

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru