Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2014
17:43
İlham Əliyev Vladimir Putinlə görüşdü - FOTO - VİDEO

Regional təhlükəsizliyə əsas təhdid Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır işğal altındadır: "Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan onlara əməl etməməkdə davam edir və münaqişə həll edilməmiş qalır".

Prezident qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü əsasında həll edilməlidir: 

"Təəssüf ki, Ermənistandakı mövcud diktatura rejimi müasir dünyanın reallıqlarını ayıq şəkildə qiymətləndirməyə və beynəlxalq hüquq normalarını adekvat qəbul etməyə qadir deyil".

Dövlət başçısı deyib ki, Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana nifrət hissi aşılayaraq Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıb, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirərək münaqişənin uzanmasının mümkün nəticələrinə görə məsuliyyət daşıyır./trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
300

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
289

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
297

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
358

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
407
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 08:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru