Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2014
09:12
Dəmir yolu nəqliyyatında yarana biləcək təhlükələr minimuma enəcək

Dəmir yollarında infrastrukturun inkişaf etdirilməsi üçün təmir işləri ilə yanaşı yeni layihələrin tətbiq olunması da həyata keçirilir. İnkişaf proqramı çərçivəsində yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi də nəzərdə tutulur. Enerji təchizatının inkişafı üçün sabit cərəyan dəyişən cərəyanla əvəz olunacaq ki, bu da enerjiyə qənaət etməyə imkan verəcək. 

ADYQSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov: "Artıq bütün dünyada bu sistemlə işləyirlər. Biz gələcək də dəyişən cəriyanla işləyən lakomativlərin gətirilməsini planlaşdırırıq. Bütün yollarda bu sistemə keçməliyik."

İşarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması çərçivəsində isə işarələr avtomatlaşdırılacaq. Bu layihənin icrası Böyük Kəsikdən başlayaraq Bakı istiqamətində davam etdirilir. İşarələrin avtomatlaşdırılması nəticəsində yarana biləcək təhlükələr minimuma enəcək. Bundan əlavə vaxt itkisinin də qarşısı alınacaq. Görülən işlərdən sonra dəmir yollarını, eləcə də bütün qatarları bir mərkəzdən idarə etmək mümkün olacaq. 

ADYQSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov:"Bakıda bir dispeçr pultundan idarətmə sisteminə keçəcəyik. Yəni qatar yolda hərəkət edərkən adi, məsələn təkər cütlərinin qızmasını Bakıda oturan dispeçr biləcək. Yəni bu idarətmə daha sadə, daha səmərəli və daha dəqiq sistem olacaq." 

Bütün bu işlər Azərbaycan üzərindən yük və sərnişin daşınmasının daha sürətli və kefiyyətli həyata keçirilməsinə imkan verəcək. İşlərinin əsas hissəsinin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru