Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2014
12:47
Azərbaycanda nəqliyyat işçilərinin əməkhaqqı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7%-i dövlət müəssisələrində, 27,3%-i özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işçilərin 51,9%-i yerüstü və boru kəməri, 12,5%-i su, 15,7%-i hava nəqliyyatı, 19,9%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3,0% artaraq 539,0 manat olub, bu göstərici hava nəqliyyatında 780,0 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462,0 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 12,8%, avtomobil nəqliyyatında 10,3%, dəniz nəqliyyatında 2,7%, dəmir yolu nəqliyyatında isə 3,6% artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1% artaraq 726,4 manat olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru