Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2014
12:03
Deputat Nəqliyyat Nazirliyini tənqid etdi: DƏLİ DOMRULUN DAVAMÇILARI

FaktXəbər-in verdiyi məlumata görə, millət vəkili Fazil Mustafa Nəqliyyat Nazirliyinin işini tənqid edib və onları "Dədə Qorqud" dastanındakı Dəli Domrul obrazına bənzədib. Yazını olduğu kimi sizlərə təqdim edirik:

Dədə Qorqud dastanlarında bir Dəli Domrul obrazı var. Elin çayının üzərində körpü düzəldir və körpüdən keçəndən 9 axça, keçməyəndən 5 axça alır. Çayın dayaz yerindən keçə bilməzsən, mütləq körpüdən istifadə etməlisən. Dəli Domrul başqa alternativ qoymur ki, insanlar seçim etsinlər.

İndi hansısa Dəli Məmur, Dəli Sahibkar, Dəli İşbaz Azərbaycan vətəndaşları üçün eyni şeyi neçə yüzillər sonra tətbiq edib. Lökbatan yolu təmirə bağlanıb. Gözəl, yollarımızın abadlaşmasını hamımız istəyirik. Ancaq vətəndaşların maşınla cənub bölgəsinə hərəkəti üçün alternativ yol düşünülməliydi, bax bu edilməyib. Əvəzində isə vətəndaşın soyulması üçün alternativ bir fırıldaq vasitəsi tapıblar. Demək hər kəs Sədərək bazarından keçən yoldan 50 qəpik ödəyərək keçməlidir. Şəhərə gələn də eyni qaydada Sumqayıt-Biləcəri istiqamətinə bu vəsaiti ödəməlidir. Bazara girib-girməyin fərqi yoxdur, bütün cənuba, başqa yerlərə bu istiqamətdə evinə gedən, səyahətə gedən hər kəs maşınbaşına bu pulu ödəyib keçməlidir. Burada milyonlarla manat vəsaitdən söhbət gedir. İnanmıram ki, bir bazarın rəhbəri bu pulu təkbaşına yesin. Demək ki, yolu təmirə bağlayanlarla razılaşmış bir addımdır. Həm də bilərəkdən növbə yaradıblar ki, vətəndaşın izdirabından ləzzət də alsınlar. Mən ona görə müharibə haqqında ehtiyatla danışıram ki, pul qazanmaq naminə içəridən haradan vətəndaşa zərbə vurulacağını təsəvvür edə bilirəm. Bu məsləni mütləq ictimailəşdirməliyik ki, vətəndaşların vəziyyətini yüngülləşdirə bilək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru