Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2014
10:17
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda, Lənkəran-Boradigah avtomobil yolunun Veravul kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş veib. FaktXəbər-in məlumatına görə, Lənkəran rayonunun Girdəni kənd sakini, Elmar Şabanovun idarə etdiyi 90 NV 254 dövlət nömrə nişanlı, “VAZ-21014” markalı minik avtomobili qarşıda hərəkətdə olan, Veravul kənd sakini Dadaş Hüseynovun idarə etdiyi “Belarus” markalı traktora çırpılıb.
Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin- Girdəni kənd sakini Cavad Əsgərzadə isə ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin köməyi ilə sürücünün cəsədi və yaralı sərnişin deformasiyaya uğramış maşından çıxarılıb, yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
60

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
170

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
246

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
450

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
392

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
349
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru