Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2014
19:47
Çempionlar Liqası və Avroliqa püşkatmasının vaxtı məlum oldu

2014/2015 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının III təsnifat mərhələlərinin püşkünün vaxtı açıqlanıb.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, adəti üzrə ilk öncə Çempionlar Liqasının püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi iyulun 18-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk zamanı Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.
Həmin gün saat 16:00-da isə Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Burada ölkəmizin iki klubu - "İnter" və "Neftçi"nin III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinə yüksəlmək üçün "Qarabağ" Çempionlar Liqasındakı ilk rəqibi "Valletta"nı (Malta), Avroliqada isə "İnter" "Elfsborq"u (İsveç) və "Neftçi" "Koper" (Sloveniya) klubunu mübarizədən kənarlaşdırmalıdır.

Məqalədə : UEFA Champion's League 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
511

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
450

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 01:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru