Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2014
10:35
Bu mallar gömrük rüsumları və əlavə dəyər vergisindən azad edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarlarında dəyişikliklər edib.

FaktXəbər-in verdiyi məlumata görə, dəyişiklik Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatların 10 il müddətinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır.

Qərar 30 gün sonra qüvvəyə minəcək. Bu qurğuların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı da müəyyənləşib.

Siyahıya istilik nasosları üçün polietilen boru zondlar və U-tipli plastik zondların ucluqları, günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr, kiçik su elektrik stansiyaları üçün borular və şlüz qapılar, külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar, biokütlə qurğuları üçün qazqolder, resiver çənləri, günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları, günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri, gücü 10000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri, Günəş kollektorları, geotermal stansiyalar və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorları, külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları, Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasosları üçün cərəyan düzləndiriciləri və digər avadanlıqlar daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
156

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
402

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
449

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
636
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 10:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru