Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
16:08
“Nəqliyyat müfəttişlərinin bir dənə tapançası çatışmır”

Fazil Mustafa:  “Ölkədə bəzi problemlərin qanunla yox, hər hansı idarə və müəssisənin iradəsi ilə həll edilir”

Aslan İsmayılov: “Sürücülərə qarşı baş verən basqılar, təhqir, döymələrin heç biri qanunun bərpası üçün edilmir“

Mahmud Hacıyev: “Nəqliyyat müfəttişləri əvvəllər bu cür əməlləri mülki geyimdə edirdilərsə, indi onlara xüsusi geyimlər və paqonlar da verilib”

Zamin Hacı: “Bir ölkədəki yeni inşa edilən avtovağzal nəqliyyat nazirinin qardaşına, yeni gətirilən avtobuslar nazir oğlunun şirkətinə verilirsə, onda  adi bir müfəttişin cəzalandırılmasını gözləmək sadəlövhlük olardı”

Artıq bir neçə ildir ki, taksi fəaliyyəti ilə məşğul olan və ya şəxsi avtomobilini idarə edən sürücülərin Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən qeyri-qanuni rəftarlara və fiziki zorakılığa məruz qalması ilə bağlı kifayət qədər video kadr və fotolardan ibarət faktlar yayımlanıb. 

Baş verən hadisələrlə bağlı dəfələrlə polis orqanlarına və Nəqliyyat Nazirliyinə şikayət edilməsinə baxmayaraq ortalıqda hər hansı bir nəticə yoxdur. Bütün bunların fonunda müfəttişlər tərəfindən sürücülərə qarşı törədilən zorakı əməllər günü-gündən geniş vüsət alır. 

Hətta bu günə qədər nəqliyyat müfəttişlərinin xidməti avtomobillə sürücüləri qovması nəticəsində bir neçə ağır yol qəzası baş verib. 

Bəs probleminin bu qədər geniş vüsət almasından sonra aidiyyəti qurumlar niyə tədbir görmürlər? Məgər bu qədər fakt və sübut kifayət etmir ki, müfəttişlərin qanunsuz əməllərinə köklü şəkildə son qoyulsun? 

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən millət vəkili Fazil Mustafa, tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev və tanınmış köşə yazarı Zamin Hacı kifayət qədər maraqlı və fərqli fikirlər səsləndirdilər. 

 Millət vəkili Fazil Mustafa bildirdi ki, baş verənlərin heç biri hüquqi dövlət prinsipinə uyğun deyil. 

Ölkədə bəzi problemlərin qanunla yox, hər hansı idarə və müəssisənin iradəsi ilə həll edildiyini söyləyən Fazil bəy, bunların üzücü hal olduğunu söylədi: 

“Bu cür hadisələrlə bağlı əgər hüquqi yanaşma olardısa, sözügedən müfəttişlərlə bağlı cinayət işi qaldırılmalı və müvafiq qurumun vəzifəli şəxsləri sürücünün şəxsiyyətini təhqir etdiyinə görə məsuliyyətə cəlb olunmalı idi. Sürücünün qanunu pozması mümkündür. Lakin qanunun pozulmasının səbəbləri budur ki, verilən lisenziyalar əlverişsizdir. Taksi fəaliyyəti ilə məşğul olanların əksəriyyəti əlacsızlıqdan bu yola əl atırlar. Əgər başqa sahələrdə lazımı formada iş yerləri açılsa idi, xeyli insan bu sahədən uzaqlaşardı. Çox təəssüf ki, bu istiqamətdə lazımı işlər görülmür və dəyənək hüquqi daha öndədir. Ona görə də hər hansı bir idarənin qeyri-qanunu fəaliyyətinə dur deyəcək anlayış yoxdur.” 

Baş verən problemlərin qarşısını almaq üçün heç bir çətinliyin olmadığını söyləyən hüquq müdafiəçisi Aslan İsmayılov bildirdi ki, sadəcə bunu özləri istəmirlər.  

Sürücülərə qarşı baş verən basqıların, təhqirlərin, döymələrin heç də qanunun bərpası üçün edilmədiyini söyləyən Aslan bəy, “bunların hamısı alınan rüşvətin miqdarını qaldırmaq üçündür. Heç kəs də müdaxilə etmirsə, demək Ziya Məmmədov nə deyirsə onu eləmək lazımdır. Sadəcə olaraq ölkə verilib bir neçə Ziya Məmmədova”, - deyə bildirdi: 

“Onlar da öz istədikləri kimi ölkəni talan etməklə yanaşı, insanlarla istədikləri kimi rəftar edirlər. Bütün bunlar azmış kimi balaları da qudurğanlıqla məşğul olurlar. Görünür Ziya Məmmədov da aldığı pulları kimlərsə bölüşür.”

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə bildirdi ki, nəqliyyat müfəttişləri əvvəllər bu cür əməlləri mülki geyimdə edirdilərsə, indi onlara xüsusi geyimlər və paqonlar da verilib: “Bir dənə bellərinin tapançası çatışmır. Əgər o da verilərsə bütün işləri düzələcək. Kifayət qədər faktların olmasına baxmayaraq, cinayət xarakterli əməllərindən əl çəkmirlər. Yəqin ki, kimlərəsə arxayındırlar. Artıq beynəlxalq hüquq təşkilatları da qeyd edir ki, Azərbaycan qanunların işləmədiyi ölkələr sırasındadır. Görünür müfəttişlər də qanunların işləməməsindən sui-istifadə edirlər. Cəzasızlıq isə növbəti qeyri-qanuni hərəkət üçün stimul verir. Əgər qeyri-qanuni əməllərinə görə bir neçə müfəttiş bu günə qədər məhkəmə orqanları tərəfindən lazımı formada cəzalandırılsaydı, indi vəziyyət belə olmazdı.” 

Nəqliyyat Müfəttişlərinin Ziya Məmmədovun rəhbəri olduğu qurumun nəzarəti altında fəaliyyət göstərdiklərini söyləyən tanınmış köşə yazarı Zamin Hacı, bu sahədə baş verən qanun pozuntularının həmişə cəzasız qaldığını söylədi: “Bir ölkədəki yeni inşa edilən avtovağzal nəqliyyat nazirinin qardaşına, yeni gətirilən avtobuslar nazir oğlunun şirkətinə verilirsə, onda  adi bir müfəttişin cəzalandırılmasını gözləmək sadəlövhlük olardı. Halbuki korrupsiya haqqındakı qanunvericiliyə görə vəzifəli şəxs yaxınlarını bu cür vəzifəyə gətirə və ya dövlət əmlakını onun şirkətinə verə bilməz. Prezident çıxışında dayanacaqlarda çubuqla duraraq pul yığanlardan danışırdı. Halbuki Beynəlxalq Avtovağzalın girişində 4-5 dənə qoçu durub əraziyə girib-çıxan avtomobillərdən çek vermədən 1 manatdan pul yığırlar. Lakin onlardan soruşan yoxdur ki, burada nə edirsiniz?  Bir növ yolun ortasında durub qeyri-qanuni pul yığmaqla məşğuldurlar. Əgər belə şeyə cəza yoxdursa, müfəttişlər necə cəzalandırılsın.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru