Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2014
16:41
Nəqliyyat Departamentindən `BakuBus`la bağlı Açıqlama

“Nəqliyyat Departamenti sərnişindaşımada fəaliyyət göstərən avtobuslara nəzarəti yenə də həyata keçirəcək”.

Bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. O bildirib ki, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” MMC yaradılması haqqında qərar verib. Lakin, bu qurumun avtobus parkı yoxdur. Nəqliyyat Nazirliyinin balansında da avtobusların sayı o qədər çox deyil. Hazırda Bakıda fəaliyyət göstərən “Daewoo” markalı avtobuslar isə sahibkarlara məxsusdur. Bunlar da müxtəlif MMC-lər adı altında fəaliyyət göstərir.

Ə. Cəfərov qeyd edib ki, “BakuBus” MMC-də eyni vəzifəni icra edəcək: “Biz də Nəqliyyat Departamenti olaraq qanunu pozan, dayanacaqlardan kənarda saxlayan avtobus sürücülərinin qanuna riayət etməsi üçün öz işimizi davam etdirəcəyik”.

Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili üçün “BakuBus” MMC yaradılması barədə qərar qəbul edib. Bunun üçün cəmiyyətə Azərbaycanın 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru