Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2014
23:25
Vladimir Putinin illik gəliri açıqlandı
Rusiya prezidentin mülkiyyətində olan daşınan və daşınmaz əmlaklar da açıqlanıb

Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə 3,672 milyon rubl (təxminən 104 min dollar) qazanıb. Halbuki bir il qabaq dövlət başçısı 5,79 milyon rubl (təxminən 164 min dollar) qazanmışdı.

Bu barədə Kremlin saytına yerləşdirilmiş bəyannamədə bildirilir. 2011-ci ildə isə Rusiya prezidentinin gəliri 3,7 milyon rubl (təxminən 105 min dollar) olmuşdu. Putindən boşanmış keçmiş arvadı Lyudmila Putina haqqında isə saytda bəyannamə yoxdur.

Prezidentin mülkiyyətində torpaq sahəsi, mənzil, qaraj var. O, mənzildən və qaraj yerindən istifadə edir. Daşınan əmlak sırasında onun QAZ M-21, QAZ M-21-R, "Niva" avtomobilləri və "Skif" avtomobil yedəyi var.

Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin 2012 və 2013-cü illərdəki gəlirlərindəki fərqi izah edib: "2012-ci ildə prezident istifadə etmədiyi məzuniyyətə görə kompensasiya alıb, bu il isə həmin kompensasiya olmayıb"./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
837

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru