Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2014
12:26
Nəqliyyat müfəttişlərinin nəyə görə rahat at oynatdıqları bəlli oldu

Son 5-6 ay ərzində nəqliyyat müfəttişlərinin sürücülərə qarşı həyata keçirdiyi qanunsuz və cinayət xarakterli əməlləri ilə bağlı bir neçə video kadr yayımlanıb. Yayımlanan video kadrlarda sürücülərin müfəttişlər tərəfindən müxtəlif formalı zorakı əməllərə məruz qalması açıq-aşkar görünür. Hətta kadrlardan birində müfəttişlərdən birinin sürücüyə “sapyor” lapatkası ilə xəsarət yetirdiyi müşahidə edilirdi. Lakin bu qədər faktların və sübutların aşkarlanmasına baxmayaraq, Nəqliyyat Nazirliyinin qoçuları qanunsuz əməllərini dayandırmaq istəmir. Belə ki, bütün baş verənlər fonunda iki gün bundan öncə tanınmış əməkdar artist İlqar Cahangir müfəttişlər tərəfindən zorakılığa məruz qalaraq telefonu əlindən alınıb. Səbəb isə nəqliyyat müfəttişlərinin sürücüyə qarşı etdikləri qeyri-qanuni rəftarlarını lentə alması olub. 

Maraqlı olan budur ki, hər dəfə bu cür hadisələr baş verərkən Nəqliyyat Nazirliyi tərəfindən şablon rəsmi açıqlamalar verilir və baş verən olayın araşdırılaraq müfəttişlərlə bağlı tədbirlərin görüləcəyi bildirilir. Amma nəticə göründüyü kimi göz qabağındadır. 

Aktyor İlqar Cahangirlə bağlı baş verən olaydan sonra növbəti dəfə məsələyə rəsmi münasibət öyrənmək və müfəttişlərin qanunsuz hərəkətlərinin nə vaxta qədər davam edəcəyini araşdırmaq üçün Nəqliyyat Nazirliyinin İctimaiyyətlərlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun iş telefonuna zəng etdik. Telefona cavab verən xanım işçi bildirdi ki, Namiq müəllim məzuniyyətdədir və məzuniyyətə getməmişdən öncə müvafiq qurumlara və şöbələrə tapşırıq verib ki, media ilə bağlı sualları cavablandırsınlar. Bizdə müvafiq göstərişə uyğun olaraq Nəqliyyat Departamentinin 012 561 76 28 nömrəsi ilə əlaqə saxladıq. Telefonumuza cavab verən departamentin xanım işçisi bildirdi ki, bununla bağlı Müfəttişlərə Nəzarət Şöbəsi ilə əlaqə saxlayaq. 012 563 24 44 telefonuna zəng vuraraq Nəzarət Şöbəsi ilə əlaqə saxladıq. Çox saylı cəhdlərimizə baxmayaraq şöbənin İslam adlı rəisi ilə əlaqə saxlaya bilmədik. Nəhayət şöbədən Elçin adlı bir şəxs telefonumuza cavab verdi. Kaş ki, cavab verməyəydi.. Belə ki, Elçin müəllim bildirdi ki, siz nə qədər də çalışsanız və istəsəniz belə sualınıza cavab ala bilməyəcəksiniz. Səbəbini soruşduqda isə “sizin suallarınızı Nəqliyyat Departamenti cavablandırmalıdır”, - deyə cavab verdi.

Nəyisə, uzun-uzadı mübahisədən sonra Elçin müəllim sözün əsl mənasında bizimlə sağollaşdı. Məcbur qalıb yenidən departamentlə əlaqə saxladıq. Departamentdən bildirdilər ki, qurumun nə Mətbuat Xidməti, nə də ki, İctimaiyyətlə Əlaqələr Şöbəsi var. Ona görə də suallarınız cavabsız qalacaq. Nəhayət uzun-uzadı təkid etdikdən sonra, digər bir telefonla bizi quraşdırdılar. Həmin nömrədən isə növbəti dəfə Nəzarət Şöbəsi ilə əlaqə saxlamağımızı istədilər. Beləcə araşdırmamız nəticəsiz qaldı. 

Baş verənlərdən sonra Nəqliyyat Müfəttişlərinin bu qədər ictimai qınaq və etirazlar fonunda nəyə görə rahat at oynatdıqları və sürücüləri harada gəldi tutub döyməkləri daha da aydınlaşdı. 

Sonda bir daha verəcəyimiz sualı burada qeyd edirik ki, Namiq müəllim məzuniyyətdən qayıtdıqdan sonra imkan daxilində oxuyub cavablandırsın.

- Ümumiyyətlə bilmək istərdik ki, bu günə qədər qanunsuz əməlləri ilə bağlı yayımlanan video kadrlardakı Nəqliyyat Müfəttişlərinin hər hansı biri cəzalandırılıbmı?

- Nəqliyyat Müfəttişlərinin sözügedən qanunsuzluqları nə vaxta qədər davam edəcək?

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Şərhlər
yetimoğlu tərəfindən 11-04-2014 08:04:03 tarixində yazıldı
araşdırın sonuna kimi
bunu araşdirib, həqiqəti aşkar etməyə və ictimaiyyətə bildirməgə sizin gücünüz çatmaz. 1.ya sizi rüşvət verib susduracaqlar. 2.ya hədə qorxu gəlib bu işdən vaz keçdirəcəklər. əyər az da olsa bu xalqı və vətəni sevirsinizsə, xahiş edirəm bu şərhi çap etməyin.sizə ipucu verim:dilənçilərin yığdıqları pul,son nəticədə qərbə nökərçilik edən KÜRdlərə gedir.dövlətimizin nəzarətində olmadan toplanan PUL da məs: lap elə nəqliyyatdan- ora yönəldilir.bu şəbəkə dövlət içində dövlət strukturu kimi bi şeydi.əyər elə deyilsəəə niyə bunların fəaliyyəti aşkar deyil? Dilənçilərin Şəbəkəsini aça bildinizmi? YOOX.bu da eləə. sizin gücünüz belə şeylərə çatmaz.belə fırıldaqların üstünü açmaq üçün POTRİOT_yəni sözün tam anlamında VƏTƏNPƏRVƏR olmağı bacarmaq lazımdı.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru