Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2014
12:33
Etibar Hüseynov məcburi köçkünlərdən üzr istədi
"Gərək elə deməyəydim"

Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynovun qaçqın və məcburi köçkünlər barədə təhqiramiz ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlərə toxunulub. Əvvəlcə Etibar Hüseynov söz alaraq bu barədə izahatla çıxış edib.

E. Hüseynov bildirib ki, onun haqqında yayılan bu xəbərlərin heç bir əsası yoxdur: “Bu, konkret bir mənbədən mənə qarşı edilən qarayaxmadır. Guya mən hansısa proqramda çıxışımda qaçqın və köçkünləri, qarabağlıları təhqir etmişəm və sair. Mən bunun kimlər tərəfindən yayılması barədə artıq faktlar əldə etmişəm və bu faktları toplayıb müvafiq orqanlara ölçü götürülməsi üçün təqdim edəcəyəm. Eyni zamanda buradan bildirərəm ki, bununla bağlı istintaq aparılıb başa çatana qədər mətbuata heç bir açıqlama verməyəcəyəm və bu gündən etibarən mənim adımdan yayılan xəbərlər saxtadır”.

Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istəyib: “Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, yenə də mən heç nəyə baxmayaraq onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir”.

E. Hüseynovun çıxışına münasibət bildirən MM sədri Oqtay Əsədov qeyd edib ki, aprelin 3-də axşam İntizam Komissiyasında onun da iştirakı ilə E. Hüseynovun məsələsinə baxılıb: “Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, danışmırsınız belə skandal yaranır, görün çox danışsanız nə olar”.

Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı qarabağlılar haqqında bəzi fikirlər səsləndirmiş, bu isə məcburi köçkünlərin narazılığı ilə qarşılanmışdı./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
237

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
309

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
584
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 05:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru