Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2014
12:11
Məcburi köçkünlərin hamısı Bakıdan köçürüləcək

"Bakı şəhərindən məcburi köçkünlərin köçürülməsi prosesi 2016-cı ildən etibarən həyata keçiriləcək. O vaxta qədər Bakıdan köçürülmə olmayacaq".

Bunu Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib:

"Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində geniş yer ayrılıb. Orada böyük yaşayış kompleksi tikiləcək. 2016-cı ildə tikinti işlərinə başlanacaq və elə həmin ildən də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Lakin istisna hallar ola bilər, bu da dövlət ehtiyacları ilə əlaqədardır. Zərurət yaranarsa, tam hazır mənzillər alınır və məcburi köçkünlər köçürülür. Amma komitənin xəttilə tam köçürülmə 2016-cı ildən tez olmayacaq".

Komitə rəsmisi ancaq bunun 2016-cı ilə qədər ümummiyyətlə, köçürülmə olmayacağı anlamına gəlmədiyini bildirib: "Hazırda regionlarda da böyük tikinti işləri gedir. Respublikanın 8-9 rayonunda məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sürətli tikinti işləri aparılır. Həmin tikinti işləri başa çatan kimi köçürülmə başlayacaq."Modern.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
852

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
837

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1229

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1184
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru