Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2014
12:19
İritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərar qəbul olunub

Son illər Azərbaycanda aparılan islahatlar yol-nəqliyyat sistemində, xüsusilə də avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələrin reallaşmasına səbəb olub. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, inkişafı, müasir tələblərə cavab verən magistral yolların inşası Azərbaycan Respublikasının Prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun aparılır. Bu proses paytaxtda və bölgələrdə yeni avtomobil yollarının salınması, körpü və keçidlərin tikintisi ilə müşayiət edilir. FaktXəbər-in verdiyi məlumata görə, bəzən isə iritonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolların yararsız hala düşməsinə gətirib çıxarır.

Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklər edilənədək respublikadaxili yükdaşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıda göstərilən hədləri müəyyən edilib: İkioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək (pnevmatik avadanlıqla təchiz olunmuş avtonəqliyyat vasitəsi ilə 27 tonadək), dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib.

Xatırladaq ki, martın 14-dən etibarən Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasına nəzarəti gücləndirib. Hər iki nazirlik yeni qərarla əlaqədər sürcüləri diqqətli olmağa çağırır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 17:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru