Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2014
20:49
Azərbaycanda Avstriya şirkətinə 20 faiz “şapka” şərti qoyan “Doktor T.” kim idi..?

Bu gün Vyana məhkəməsində Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbaycanın Mərkəzi Bankı arasında 2005-2011-ci illərdə manat çapına dair müqavilələrdə korrupsiya sövdələşməsi işi üzrə prosesin ikinci iclası başlayıb.

Virtualaz.org saytı Avstriya qaynaqlarına istinadən xəbər verir ki, budəfəki iclas müttəhimlərin ifadələri və sual-cavabla keçir. Məhkəmə zalında akustika pis olduğundan ittiham olunanlar hakim Georg Olsçakın suallarını yaxşı eşidə bilmirdilər.

Müttəhimlərdən “OeBS” şirkətinin kommersiya şöbəsinin rəhbəri olan V. və şirkətin marketinq şöbəsinin rəhbəri, əslən Rumıniyadan olan Raluca T., habelə maliyyə direktoru U. ifadə veriblər.

Hakim onlara Azərbaycan Mərkəzi Bankı ilə manat çapı müqaviləsi üzrə danışıqların ilk dəfə nə vaxt başladığı, 20 faizlik “şapka” şərti ilə bağlı məsələnin ilk dəfə kim tərəfindən qaldırıldığı, danışıqların detalları barədə suallar verib.

Hakim Azərbaycan və Suriya kimi “şübhəli imicə malik ölkələrlə” kommersiya danışıqlarına başlamazdan əvvəl “OeBS” şirkəti rəhbərliyinin mümkün rüşvət sövdələşməsindən yayınmaq üçün müzakirələr aparıb-aparmadığı barədə sual verib.

U. bildirib ki, heç bir belə müzakirələr aparılmayıb. Hakim onun cavabından təəccüblənib.

V. hakimin suallarına cavab olaraq ilk dəfə Azərbaycana nə vaxt getdiyini deyib. Onun cavabı məhkəmə protokoluna qeyd olunub.

Hakim Olsçak müttəhimə daha sonra bu sualı verib: “Müqavilənin nominal dəyərinin 20 faizi həcmində “şapka”nın zəruri olduğunu ilk dəfə kim demişdi?”

“OeBS” şirkətinin keçmiş kommersiya direktoru bu suala “Cənab Doktor T.” deyə cavab verib.

Bildirilir ki, V. istintaqa ifadəsində hər şeyi etiraf edib və rüşvət sxeminin necə işlədiyini açmaqda prokurora kömək göstərib. V. deyib ki, bu cür müqavilələrdə “şapka” ödənilməsi “əsasən xarakerik haldır” və o, rüşvət yox, “komission ödəmə” hesab olunur.

“Bəs sizə nə vaxt aydın oldu ki, söhbət rüşvətdən gedir?” - hakim Olsçak sual edib.

V. cavabında “qısa müddətdən sonra aydın oldu” deyib.

“Mən bu pulların kimə və hansı dərəcədə getdiyini bilmirdim. Çünki o vaxt prosesdə iştirak etmirdim. Həmin vaxt məlumatlı deyildim” - deyə V. bildirib.

Bununla belə “OeBS”-nin keçmiş kommersiya direktoru sövdələşmədən mənfəət götürdüyünü etiraf edib.

Məhkəmə zamanı aparılan sual-cavablardan aydın olub ki, “OeBS” şirkəti Direktorlar Şurasının keçmiş rəhbəri, Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duçatekin də Azərbaycan Mərkəzi Bankının vəzifəlilərinə “şapka” ödənilməsinə dair danışıqlardan xəbəri olub.

Təqsirləndirilənlərdən U. deyib ki, Duçatek Direktorlar Şurasının iclasında azərbaycanlıların tələb etdiyi “komission haqqı”nın yüksək olduğunu deyib və ona faizin azaldılmasını tapşırıb.

Azərbaycan Mərkəzi Bankında 20 faizlik “şapka” barədə şərti ilk dəfə irəli sürən “Cənab Doktor T.”nin kimliyi göstərilməsə də, məhkəmənin gedişində onun bankda “menecer” statusunda olduğu məlum olur.

Təqsirləndirilənlərdən birinin vəkili Georq Zanger deyib ki, prokurorun korrupsiya və çirkli pulların yuyulması ittihamlarının əsası yoxdur. Çünki “OeBS” şirkətinin Azərbaycan Mərkəzi Bankı ilə bütün biznesi “zərərsiz, hərçənd ki, qeyri-adi” olub. Vəkilin sözlərinə görə, çirkli pulların yuyulmasından söhbət gedə bilməz. Çünki danışıqlar zamanı menecer T. Azərbaycan Mərkəzi Bankının rəhbərlərinin bu pulları “şəxsən özünə götürmədiyini” demişdi.

“Ola bilsin pullar məxfi xidmətlərin hesabına gedib. Bu halda söhbət çirkli pulların yuyulmasından gedə bilməz, çünki pullar bütün hallarda dövlətin nəzarəti altından kənara çıxmayıb” - deyə vəkil bildirib.

Məhkəmədə prokuror Volkert Sachmann “OeBS” şirkətinin keçmiş meneceri Q.-nin ifadələrində rüşvət sxeminin necə işlədiyini danışdığını, onun özünün “azərbaycanlılarla müqavilədən cəmi 150 min avro qazandığını” bildirib. Prokuror Q.-nin bu oyunda “ən xırda oyunçu olduğunu” deyib.

Gözlənilirdi ki, bugünkü məhkəmə prosesində “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volf ona qarşı irəli sürülmüş ittihamları qəbul etdiyini bildirəcək və etiraflarla çıxış edəcək. 

Proses davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
462

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
363

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
361

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
642

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
472
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 00:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru