Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2014
15:15
Məcburi köçkünlərə xəbərdarlıq edildi
"Heç kəs dolayı yollarla mənzil almağa cəhd etməsin"

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə növbəti dəfə xəbərdarlıq edib.

Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov açıqlamasında bildirib ki, qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi zamanı dolayı yollarla heç kəs ev ala bilməyəcək.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin  köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir. Yeni mənzillərə köçürüləcək qaçqın və məcburi köçkünlərin siyahısı mənzillər tikilməzdən bir neçə il öncə dəqiqləşdirilir: “Məsələn,  köçürülmə prosesi aparılacaq yataqxanada son 5 il ərzində hər il orada yaşayanlar dəqiqləşdirilir, rəhmətə gedənlər, anadan olanlar nəzərə alınır. Dünən kimsə yataqxanaya bir otağa giribsə, elələri mənzil almağa nail ola bilməzlər”.

S. Hüseynov Gəncə Dövlət Universitetinin yataqxanasında da yeni mənzillərə köçürülmə prosesinin şəffaf olduğunu bildirib: “Köçürülmə prosesi ilə bağlı xüsusi komissiyada Dövlət Komitəsinin 3 əməkdaşı, işğal olunmuş rayonun icra hakimiyyəti başçısının müavini və Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı təmsil olunur. Kim uzun müddət yataqxanada yaşayıbsa, yeni mənzilə köçürülmək onun haqqıdır”.

Gəncədə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Səxavət Məmmədovun mənzil bölgüsünə etiraz əlaməti olaraq bu gün intihara cəhd etməsi faktına münasibət bildirən komitə rəsmisi bunları deyib: “Səxavət Məmmədov həmin yataqxanada yaşamayıb. Bundan sonra da heç kəs dolayı yollarla mənzil almağa cəhd etməsin, buna nail ola bilməyəcək. Dövlət Komitəsi yarım ay öncə də dələduzluq hallarına cəhdlə bağlı bütün məcburi köçkünlərə xəbərdarlıq etmişdi. Həmin məlumatda da qeyd etmişdik ki, qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
872

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
857

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1249

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1199
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 08:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru