Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2014
12:09
Nazirlər Kabineti məcburi köçkünlərlə bağlı qərar verdi

Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabineti «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında» qərar qəbul edib.

2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minmiş bu Qərara əsasən, Ermənistan Silahlı Qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılıb.

Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
206

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
284

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 04:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru