Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2014
13:51
“ Erkən nikah və onun fəsadları” mövzusunda Dəyirmi Masa

Erkən nikah uşaqların təhsil hüququnun pozulması baxımından, erkən yaşda nikaha daxil olan qız tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığından  sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem hesab edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri aparılır. FaktXəbər-in verdiyi məlumata görə, növbəti tədbir olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xəzər rayonu İcra hakimiyyəti ilə birgə “Erkən nikah və onun fəsadları” adlı Dəyirmi Masa təşkil etmişdir.  

Tədbirdə millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdirlər.  Tədbiri Xəzər rayonu İcra hakimiyyəti başçısının müavini Vaqif Həsənov açmış, mövcud problemlərdən danışmış, həmçinin Xəzər rayonu üzrə 2013-cü ildə 9 erkən nikah faktının qeydə alındığını bildirmiş, bu hallarla ciddi surətdə aparıldığı barədə danışmışdır. Sonra qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva salamlamış, erkən nikah hallarının aradan qaldırılması üzrə Komitənin fəaliyyətindən, erkən nikah hallarının mənfi nəticələrindən danışmışdır. Aynur Sofiyeva erkən nikah hallarının aradan qaldırılmasında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın, təhsil müəssisələrinin, valideynlərin, din xadimlərinin və ictimai qınağın mühüm rolu olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev erkən nikah problemi ilə yanaşı rayonda uşaq və gənclərin asudə vaxtlarının təşkilindən, onlar üçün yaradılan şəraitdən, qarşıda duran məsələlərdən danışmışdır. Millət vəkili Hadı Rəcəbli öz çıxışında erkən nikah zamanı qızların ailə həyatına hazır olmadıqları üçün gələcəkdə boşanmaların sayının artdığını bildirərək bu istiqamətdə maarifləndirmənin gücləndirilməsini zəruri olaraq qeyd etmişdir. 

UNİCEF-in nümayəndəsi Ramiz Behbudov 2011-ci ildə Komitə ilə birgə erkən nikahla problemi ilə bağlı Lənkəran, Ağstafa, Quba, və Bakı ətrafı kəndlərdə araşdırma aparıldığını bildirmişdir. Problemin həll edilməsində icra hakimiyyətində sosial işçi ştatının yaradılması, məktəblərdə müəllim və valideynlərlə işlərin gücləndirilməsi, Komitə ilə icra hakimiyyəti orqanları nəzdində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın sıx əməkdaşlığının gücləndirilməsi təkliflərini irəli sürmüşdür. 

Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev erkən nikahın fəsadlarından, Azərbaycan hökumətinin qoşulduğu Konvensiyalardan və Milli qanunvericilikdən danışmışdır. 

Tədbirin sonunda  problemlər müzakirə olunmuş və bir sıra təkliflər irəli sürülmüşdür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
185

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
216

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
656
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru