Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2014
12:20
Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsinin açılış mərasimi olub

FaktXəbər-in verdiyi məlumata görə, bu gün Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsinin açılış mərasimi olub. Hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb.

Tədbirdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıblar, xatirələrini bölüşüblər.

Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
300

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
177

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
372

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
282

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
317

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
252
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 23:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru