Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2014
13:21
Orta təhsili yarımçıq qalan qız uşaqlarının əksəriyyəti erkən nikahların qurbanlarıdır

UNİSEF 2-3 gün əvvəl açıqlama yaydı ki, Azərbaycanda 1 il ərzində  5 minə yaxın 15 yaşadək qız ərə gedib. Erkən nikahların fəsadları, bu prosesin kütləviləşməsinin səviyyəli cəmiyyətə yad tendensiya olması öz yerində. Amma dəqiq olan budur ki, erkən nikahların sürətlə artmasında savadsızlığın kütləviləşməsi, orta təhsil təhsil sisteminin çökməsi inkaredilməz dərəcədə böyük rol oynayır. 

Rəsmi statistikaya görə, Azərbaycanda 15-17 yaşlı məktəbli uşaqların cins bölgüsündə qızlarla oğlanların nisbəti arasında kəskin fərq yoxdur - ayrı-ayrı yaş qrupları üzrə oğlan uşaqlarının sayı qızlardan təxminən 1-1.5% çoxdur. Amma Tələbə Qəbulu Komissiyasının statistik məlumatları göstərir ki, orta məktəbi bitirən şagirdlərin bəzi rayonlarda hətta 30%-dən də azını qızlar təşkil edir. Əgər bir rayonda məktəb yaşlı qızlarla oğlanların sayı təxminən bir-birinə bərabər olduğu halda, məktəbi bitirən oğlanların sayı qızların sayını əhəmiyyətli dərəcədə üstələyirsə, bundan hansı nəticələr çıxarmaq olar? Orta təhsili yarımçıq buraxmış qız çocuqlarımızın hamısı da olmasa, heç şübhəsiz müəyyən hissəsi məhz erkən nikahların qurbanı olur. Statistikaya baxın, siz də nəticə çıxarın:

2013-cü ildə Qobustan rayonunda 11-ci sinfi bitirən uşaqların cəmi 26%-ni, Lerikdə 32%-ni, Şabranda 34%-ni qızlar təşkil edib. Aydındır ki, qız və oğlan şagirdlərin say nisbətində belə kəskin disbalans bir ilin içərisində yəni 11-ci sinifdə yaranmır. Bir çox ailələr elə 9-cu sinfi bitirər bitirməz qız uşaqlarını təhsildən uzaqlaşdırırlar.

Tarixdən ibrətamiz misal:

Sinqapur dövlətinin qurucusu Li Kuan ötən əsrin 70-ci illərinin sonlarında baxıb görür ki, ölkədə təhsilli oğlanların sayı təhsilli qızların sayını əhəmiyyətli dərəcədə üstələyir. O, televiziya ilə çıxışında gənc oğlanlara xitabən deyir: Uşaqlarınızın savadlı olması analarına bağlıdır. Əgər savadsız qız alsanız, övladınız da savadsız olacaq, nəticədə millətimizi də savadlı millətlərin sırasına qata bilməyəcəyik. Bu çıxış siyasətçi kimi Li Kuanı qınaq obyektinə çevirsə də, cəmiyyəti silkələdi. Ailələr qızlarının təhsilinə diqqət verməyə məcbur oldu. Və nəticə: aartıq 90-cı illərin ortalarında Sinqapurda ali təhsilli oğlan və qızlar arasında kəskin nisbət aradan qalxmışdı

Rövşən Ağayev

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
160

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
206

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
417

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
656
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru