Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2014
10:31
`Nə? Harada? Nə zaman?` üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib

FaktXəbər-in Gənclər Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubu və Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş püşkatma mərasimində "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun 2013-cü il mövsümünün nəticələrinə görə komandalar qruplara bölündülər.

Finala vəsiqə qazanan 16 komanda hərəsində 4 komanda olmaqla 4 qrupa bölündülər.

İlk öncə dörd mərhələnin nəticəsinə görə komandalar ayrı-ayrı səbətlərə ayrıldı. Daha sonra kor püşk rəqiblərin adlarını müəyyən etdi.

Püşkün nəticələrinə görə komandalar aşağıdakı kimi qruplaşdılar:

A qrupu – Diplomat, Land of Fire, Heksaqon, İnterpreters United

B qrupu - Strekoza Qeyzenberqa, FaİQ, KiPL, Enigma

C qrupu – Legendarium, Oğuz, Timbuktu, Artosfera

D qrupu – Vendetta, Avalon, Kapitan, Omerta

Xatırladaq ki, "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun 2013-cü il mövsümünün finalı 1 fevral 2014-cü ildə təşkil olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
521

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
455

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 02:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru