Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2014
14:40
Vladimir Putin xəbərdarlıq etdi: Ukraynanın daxili işlərinə qarışmayın!

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Avropa Birliyindən Ukraynada baş verən hadisələrə müdaxilə etməməyi və müxalifəti dəstəkləməməyi istəyib. Avropa İttifaqı prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barroso ilə birgə təşkil edilən mətbuat konfransında Vladimir Putin bildirib ki, Qərb Yunanıstanda etirazlar baş verərkən nümayişçilərə dəstək vermədiyi kimi, Ukraynada da eyni addımı atmalıdır.

Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin qısa müddət ərzində iki dəfə Kiyevdə olmasını və Avropa Birliyi xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketron Eştonun bu gecədən etibarən başlayacaq səfərini tənqid edən Rusiya prezidenti daha sonra bunları deyib: "Yunanıstan və Kiprin yunanlara aid hissəsində etiraz aksiyaları keçirilərkən bizim xarici işlər nazirimizin Avropa əleyhinə aksiyalara dəstək verməsini düşünürəm. Bu, əgər baş versəydi, yaxşı olmazdı. Ukrayna xalqı da bu düşüncə ilə Rusiya və digərlərinin daxili işlərinə qarışmasını istəmir. Nə qədər çox vasitəçi olsa, o qədər problem çoxalacaq."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
832

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru