Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2014
11:01
Komitə məcburi köçkünlərə xəbərdarlıq etdi

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məlumat yayıb. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.

Dövlət Komitəsi təəssüflə qeyd edir ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə Dövlət Komitəsinə şifahi məlumatlar daxil olub, Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb.

Hazırda qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Dövlət Komitəsi bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
827

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru