Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2014
15:34
Qarabağ əlilləri və şəhid ailələri aksiya keçirəcək

FaktXəbər-in verdiyi məlumata görə, bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoyun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.

Məğrur Bədəlsoy «Əlillər evi»ndə yaşayanların problemlərini mətbuata açıqlayıb. Onun sözlərinə görə, binaya su gəlmir, hətta kanalizasiya sistemi yoxdur: "Qazı da tez-tez kəsirlər. Binanım qarşısında piyada yolu və keçid yoxdur". İş o həddə çaptıb ki,  Nəqliyyat Nazirliyinin qoyduğu dayanacaq da gecə oğurlanıb.

O, əlillərə və şəhid ailələrinə qarşı edilən ədalətsizlikdən söz açaraq, verilən güzəştlərin mənimsənildiyini vurğulayıb.

Bədəlsoyun bildirdiyinə görə, «Həyat» ticarət mərkəzi və Nabrandakı əlillərin istirahət kompleksi məmurlar tərəfindən özəlləşdirilib. O, adıçəkilən yerlərin ayrı-ayrı məmurlara xidmət etdiyini bildirib, həmçinin onlar üçün nəzərdə tutulan sanatoriya-kurort yollayışlarının, sığorta ödənişlərinin və digər sosial-tibbi prosedurların həyata keçirilmədiyini deyib.

Əlil və şəhid ailələri Nəqliyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə dəfələrlə şikayətlər etsələr də onların problemlərinə əlac edənlərin tapılmadığını deyirlər. Onlat ölkədə əlillərə qarşı ayrı seçkikiyə etiraz əlaməti olaraq fevral ayının 8-də Bakıda mitinq keçirəcəklərini bildirib. Mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə də müraciət olunacağı vurğulanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
190

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
221

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 12:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru