Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2013
10:06
Nikolas Maduronu yenə işıqsız qoydular
"Onlar xalqı işıqsız qoya bilər, amma ürəksiz yox"

FaktXəbər-in verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduronun dövlət televiziyasında çıxışı zamanı paytaxt Karakas və digər şəhərlərdə elektrik enerjisi kəsilib. Yaranan qəza zamanı Varqas, Araqua, Miranda, Karabobo, Falkon, Lara və Sulia şəhərlərinə elektrikin verilməsi tamamilə dayandırılıb.

Elekrik təchizatında yaranan problemlə bağlı Venesuela prezidenti orduya təlimat verərək gücləndirilmiş rejimə keçməsini istəyib. "Mən ordunu gücləndirilmiş vəziyyətə gətirmişəm ki, bizdə yeni hücumlar barədə məlumatlar var. Onlar xalqı işıqsız qoya bilər, amma ürəksiz yox.",-deyə Nikolas Maduro əlavə edib.

Məlumat üçün bildirək ki, ölkənin energetika naziri Cessi Maçok bildirib ki, hazırda paytaxt Karakasda kəsilən elektrik enerjisinin 85 faizi təmin olunub. Rabitə və informasiya naziri Delsi Rodriqes isə deyib ki, yaranan problemlə bağlı istintaq başlayıb və araşdırmalar aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
140

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
400

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 00:15





  f[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru