Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2013
17:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xidmət rəisi və Aparat rəhbərinin müavini işdən çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, Aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad ediliblər.  Xidmət rəisi Asəf Əliyev APA-ya açıqlamasında işdən getməsi ilə bağlı xəbəri təsdiqləyib. O, işdən öz ərizəsi ilə çıxdığını deyib: “Dünən işdən azad olunmaq barədə ərizə ilə müraciət etmişdim. Bu gündən isə işə getməmişəm. İşdən azad olunmaq üçün hər hansı bir ciddi səbəb və ya söhbət olmayıb. Sadəcə, nazirliyə yeni nazir təyin olunduqdan sonra yeni təyinatlar olacaq. Mən də bir qabaqlayıcı mövqe tutaraq öz ərizəmlə işdən çıxmaq istədim”.

A.Əliyev qeyd edib ki, gələcəkdə işi ilə bağlı müəyyən təkliflər alıb və bir müddət istirahət etdikdən sonra yeni işlərə başlayacaq.

Aparat rəhbərinin müavini Elnur Camalxanov da açıqlamasında öz ərizəsi ilə işdən azad olunduğunu deyib. Onun sözlərinə görə, biznes fəaliyyətindən rəsmi qurumda işə başlayıb və bundan sonra da bu fəaliyyətini davam etdirəcək: “Nazirlikdə işlədiyim müddətdə biznes fəaliyyətimi müəyyən müddətdə dondurmuşdum. Amma bundan sonrakı qərarım belədir ki, sırf biznes fəaliyyəti ilə məşğul olacağam”.

Bir neçə gün öncə nazirliyin aparat rəhbəri vəzifəsindən çıxarılaraq Maliyyə İdarəsinin rəis müavini təyin edilən Elnur Kələntərovun nazirlikdən uzaqlaşdırılması ilə bağlı xəbərə gəlincə, o, əlavə şərh vermək istəməyib. E.Kələntərov açıqlamasında hazırda məzuniyyətdə olduğunu deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
250

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
201

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
205

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
485

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 14:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru