Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2013
12:46
Nikolas Maduro: Venesuelanı ikinci Liviyaya çevirmək istəyirlər
Venesuela prezidentinə sui-qəsd planının üzə çıxması ilə əlaqədar ali rəhbərliyin iclası çağırılıb

FaktXəbər-in verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduro özünün  və Milli Assambleyanın sədri Dyosdado Kabelyonun həyatına sui-qəsd planının üzə çıxması ilə əlaqədar ali rəhbərliyin iclasını çağırıb.

Xatırladaq ki, avqustun ortalarında hadisə ilə əlaqədar 2 nəfər  - 22 yaşlı Viktopr Qeçe  və 18 yaşlı  Erik Uerta həbs olunmuşdu. Onlardan lazer nişangahlı AR-15 tüfəngləri, çoxlu sayda güllələr, bir neçə dəst hərbi geyim, həmçinin Maduronun və Kobelyonun şəkilləri müsadirə olunub.

«Beynəlxalq sağçı qüvvələr vaxtilə ərəb ölkəsinin  neft ehtiyatlarına sahib olmaq üçün Liviyada yaratdıqları vəziyyəti, indi də Venesuelada yaratmaq istəyirlər. Mənə və yoldaş Kabelyoya sui-qəsd planını hazırlayanlar bilsinlər ki, biz əl-qolu bağlı oturmayacağıq, Venesuelada asayişi qorumaq üçün hər şeyi edəcəyik», - deyə Maduro bəyan edib.

Venesuelanın DİN rəhbəri Migel Rodriqes başlarında kubalı qiyamçı Luis Pasado Karilles olan mütəşəkkil cinayətkarların prezidenti iyulun 24-də snayperlə vurmaq istədiklərini deyib: «Plan belə idi ki, snayperlə prezidenti öldürülür, sonra isə  siyasi və hərbi obyektlərə hücum həyata keçirilir. Bu məsələdə onlar radikal sağçı qüvvələrdən dəstək alırdılar. İlkin mərhələdə 400 kolumbiyalı muzdlu Suliya ştatında və 400-ü isə Karakasda fəaliyyət göstərməli idi. Əməliyyatın ümumi dəyəri 2,5 milyon dollar olub».

Nazirin sözlərinə görə, bu işdə Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe və Hondurasın sabiq prezidenti Roberto Miçeletti, həmçinin ehtimal ki, MKİ-nin  agenti əlbir olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
120

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
385

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 22:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru