Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2013
10:48
Ağdamlı məcburi köçkünlərin məscid dərdi
“Məscidin tikintisinin məcburi şəkildə dayandırılmasından sonra rayonda və qəsəbədə nə qədər pivəxana, əyləncə mərkəzləri, restoranlar tikilib”

Ağdam rayonun Baharı qəsəbəsində məskunlaşan məcburi köçkünlər redaksiyamıza şikayət məktubu ünvanlayıblar. Ağdam qaçqınları mindən çox evin yerləşdiyi qəsəbədə məscid tikintisinin sona çatdırılması üçün rayon icra hakimiyyətinin icazə vermədiyini bildirirlər. Məktubu sizlərə təqdim edirik: 

“Yaşadığımız Baharı qəsəbəsi bir neçə il bundan öncə məcbur köçkünlər üçün salınıb. Ağdamın ən böyük qəsəbəsi hesab edilən Baharıda minə yaxın ev var. Təbii ki, belə bir böyük qəsəbədə məscidin mövcudluğuna ciddi şəkildə ehtiyac yaranıb. Qəsəbə sakinləri namaz qılmaq və digər dini tədbirlərə qatılmaq üçün bir neçə kilometr məsafəni qət etmək məcburiyyətində qalırlar. Bu isə həm maddi, həm də ki, fiziki cəhətdən çətinlik yaradır. 

Bir neçə il bundan öncə Qəsəbə sakinlərinin fərdi yardımları və səyləri ilə məscid tikmək qərarına gəldik. Tamamlama işinə yaxın bilmədiyimiz səbəblər üzündən icra hakimiyyətindən bizə tikintini dayandırmağımızı istədilər. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinə, Dini Komitəyə və digər qurumlara müraciət etməyimizə baxmayaraq heç bir faydası olmadı. Halbuki bu günə qədər məscidin tikintisinin dayandırılmasından sonra rayonda və qəsəbədə nə qədər pivəxana, əyləncə mərkəzləri, restoranlar tikilib. Necə olur ki, gənclərin tüfeyli həyata sürükləyən obyektlərinin tikintisinə icazə verilir, amma Allah evinə gəldikdə isə səbəb olmayan şeylər üzündən icazə verilmir. Sonucu dəfə Ağdam məscidində tarixi azanın bərpası ilə bağlı həyata keçirilən mərasimdə Dini Komitənin sədri Elşad İsgəndərov və onun müavini Gündüz İsmayılova müraciət etdik. Gündüz müəllim bizə bildirdi ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edərək əlimizdən gələn yardımı edəcəyik. Lakin bu günə qədər heç bir səs-soraq yoxdur. İndi bilmirik kimə üz tutaq. 

Elşad İsgəndərov bir neçə müddət bundan öncə məscid  tikintisi ilə bağlı açıqlama verərkən bildirmişdi ki, məscid inşa ediləcək ərazidə insanların ibadət evlərinə ehtiyacı olmalıdır. Ola bilsin ki, rayonun aidiyyəti qurumlarından desinlər ki, Baharı qəsəbəsində sakinlərin məscidə ehtiyacı yoxdur. Halbuki bu belə deyil. Deyilənlərin həqiqət olduğunu bilmək üçün cümə günlər qəsəbəyə gəlmək kifayətdir. Dindarlar namaz üçün hər dəfə bir neçə maşın tutub digər kəndlərə getməli olurlar. Bu isə nə camaatın cibinə, nə də ki, fiziki durumuna uyğundur. Məscid istəyən sakinlər heç bir radikal dini qruplaşmanın üzvü deyillər. Bizim hamımız Allahı, peyğəmbərləri və imamları sevən şəxslərik. İstəyimiz yalnız budur ki, qəsəbəmizdə məscid olsun və qəsəbəmiz azansız qalmasın. Demək olar ki, qonşu kəndlərdə verilən azanın səsi qəsəbəyə gəlib çatmır. Bizə lazım olacaq yalnız icazədir ki, onu da vermirlər. Əgər icazə versələr qəsəbəmizdə kifayət qədər xeyirxah insanlar vardır ki, onların yardımı ilə məscidi bir neçə ilə sona çatdırarıq. Məscidin tikintisi həyata keçirilən dövrdə yüzlərlə gənc bizdən namaz kağızları istəyirdilər. Məscidin inşası dayandırılan kimi gənclər çayxanalarda və pivəxanalarda başlarını qatmalı oldular. Bizim də istəyimiz budur ki, gənclərimiz lazımsız yollara qurşanmasınlar.” 

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Dini İşlər Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitədən FaktXeber.com-a bildirdilər ki, sözü gedən məscidin sənəd problemi mövcuddur. “Sənədlərin qaydaya salınması ilə bağlı qəsəbə sakinlərinə məlumat verilib. Lakin sənədlər qaydaya salınmadığından məscidin tikintisi dayandırılıb. Əgər sənədlər qaydasına salınarsa, təbii ki, məscidin inşasının davam etdirilməsinə icazə veriləcək.” 

.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
852

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
837

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1229

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1184
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru