Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2013
12:52
Mingəçevirdə məcburi köçkünlər yol bağladılar

Bu gün saat 11 radələrində Mingəçevir şəhərində məcrubi köçkünlər aksiya keçirməyə başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, aksiyada 30-a yaxın məcburi köçkün iştirak edir. Onlar İcra Hakimiyyətinin qabağını və “20 yanvar” küçəsində yolu bağlayıblar. Polis hazırda yolları açır. Aksiya iştirakçıları onlara evlərin verilməməsi ilə bağlı etiraz edir.

İcra Hakimiyyət başçısının birinci müavini İlham İsmayılovun verdiyi məlumata görə, hazırda məsələ araşdırılır.

“Ümumiyyətlə Mingəçevirdə məcburi köçkünlər üçün 9 mərtəbəli 10 bina (502 ailə üçün nəzərdə tutulur) istifadəyə verilib. Hazırda sənədlər yığılıb. Təbii ki, bəzilər daha çox mənzil almaq istəyir. Bəziləri Bakıda yerləşdikləri halda gəlib Mingəçevirdə ev almaq istəyir. Ona görə də narazılıqlar var, biz də problemin aradan qaldırılması istiqamətində çalışırıq. Şikayətçilər qəbul ediləcək və bir-bir dindiriləcək”, - deyə İlham İsmayılov bildirib.

Problemlə əlaqədar Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsilə də əlaqə saxladıq. Qurumun şöbə müdiri Elmar İsmayılov hazırda hadisə yerinə getdiyini bildirib. “Bizə də məlumat veriblər ki, məcburi köçkünlər aksiya keçirir. İndi Mingəçevir şəhərinə gedirik. Onlarla görüşüb, danışacağıq. Məcburi köçkünlərin məskunlaşdırılması, onlara yeni mənzillərin verilməsi, onlar üçün şərait yaradılması məsələsi həmişə diqqətimizdədir”./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
837

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru