Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2013
13:26
Ağsuda məcburi köçkünlər bu yerdə yaşayırlar

QAT sədri Akif Nağı Ağsu şəhərində məskunlaşmış bir qrup məcburi köçkün və şəhid ailəsinin ağır vəziyyəti ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə müraciət edib. Qurumun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, Ağsu şəhərində məskunlaşmış bir qrup məcburi köçkün və şəhid ailəsi Ağsu şəhərində uşaq bağçasında məskunlaşıblar və bu günə qədər, 20 il ərzində orada bir dəfə də olsun təmir işləri aparılmayıb, dünən yağan güclü yağış nəticəsində isə tikili tamamilə yararsız vəziyyətə düşüb. Müraciətdə daha sonra deyilir: “Bu tikilinin acınacaqlı vəziyyətini göstərən fotoşəkilləri də Sizə göndəririk. Siz də etiraz etməssiniz ki, insanın yox, heç heyvanın da bu şəraitdə yaşaması mümkün deyil. Orada yaşayan köçkünlər hər yerə müraciət ediblər, heç bir reaksiya verilməyib, indi aksiya keçirmək, şosse yolunu bağlamaq istəyirlər. Mən Sizdən təcili tədbir görməyinizi xahiş edirəm. Əks halda, mən şəxsən Ağsuya gedib, etiraz aksiyasına rəhbərlik edəcəyəm. İnsanlara bu cür zülm etmək, onların problemlərinə biganə qalmaq olmaz!”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
196

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
274

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
574
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 03:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru