Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2013
21:48
Məcburi köçkünlər üçün 10 mikrorayon salınacaq
Qobu bələdiyyəsinin ərazisində 204 yaşayış binası inşa ediləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, Qobu bələdiyyəsinin ərazisində ayrılmış 500 hektar torpaq sahəsində salınacaq Qobu məcburi köçkün yaşayış massivinin konturlarını açıqlayıb. “Dövlətqaçqınkom”dan verilən məlumata görə, hazırda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. Bu ərazilərdə müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər yaxın iki-dörd il ərzində Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisindən ayrılmış yeni böyük yaşayış massivinə köçürüləcək. Tikiləcək yeni yaşayış massivi müasir standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq.

Qobu məcburi köçkün yaşayış massivinin layihə işlərini “Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutu həyata keçirir. Yaşayış massivində 1200 şagird yerlik 10 məktəb binası, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə obyektləri, mədəniyyət və bədən tərbiyəsi müəssisələri tikiləcək.

Qobu məcburi köçkün yaşayış massivində ümumilikdə 204 yaşayış binası inşa ediləcək. Yaşayış massivində hər birində 9 min nəfər olmaqla 10 mikrorayonun salınması nəzərdə tutulub.

Artıq Qobu yaşayış massivinin ərazisində geoloji kəşfiyyat işləri də aparılıb. Belə ki, burada 3 min 250 kəşfiyyat quyusu qazılıb və ərazinin yaşayış üçün yararlı olduğu dəqiqləşdirilib.a

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
232

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
304

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 05:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru