Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2013
13:05
Nikolas Madurodan ispaniyalı nazirə cavab: `Burnunu Venesuelaya soxma`
"Venesuelada vasitəçilik etmək əvəzinə İspaniya küçələrində olan işsizlərin yanına get"

FaktXəbər-in verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduro ilə İspaniyanın XİN rəhbəri Xose Manuel Qarsia Marqallo arasında gərginlik səngimək bilmir. İspaniyanın xarici işlər nazirinin Venesueladakı qütbləşmənin olması barədə danışması ilə başlayan gərginlik, qarşı tərəfin də rəsmi Madridi sərt tənqid etməsi ilə davam edir.

Qeyd edək ki, ötən gün ABŞ-a rəsmi səfər edən İspaniyanın XİN rəhbəri Venesuela ilə bağlı çıxışında deyib ki, rəsmi Madrid Maduro hökuməti ilə müxalifəti yaxınlaşdırmağa və ölkədə sabitlik və sülhün təmin olunması üçün vasitəçilik etməyə hazırdır.

Xose Manuel Qarsianın Venesuela hökumətinə müraciətindən sonra qarşı tərəf də cavabını gecikdirməyib. Nikolas Maduro Karakas şəhərində "Junin" teatrında olarkən deyib: "Venesuelaya burnunu soxma. Sən çox yöndəmsizsən. Burada vasitəçilik etmək əvəzinə İspaniya küçələrində olan işsizlərin yanına get. Əhalinin maaş, təqaüd və digər haqqlarını kəsdiyiniz üçün onlara cavab ver."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
130

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru