Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2013
15:11
Boliviya prezidenti: `ABŞ Nikolas Maduronu devirmək istəyir`
Evo Morales bildirib ki, məhz Amerikanın tələbi ilə müxalifət lideri səslərin yenidən sayılmasını istəyib

FaktXəbər-in verdiyi məlumata görə, Boliviya dövlət başçısı Evo Morales Venesuelada keçirilən prezident seçkilərindən sonra baş verən iğtişaşlarla bağlı çıxış edib. Evo Morales təşkil etdiyi mətbuat konfransında bildirib ki, məhz Amerikanın tələbi ilə müxalifət lideri Henrique Kapriles seçkilərdə məğlub olduqdan sonra səslərin yenidən sayılmasını istəyib.

Qeyd edək ki, Boliviya prezidenti çıxışı zamanı daha sonra deyib ki, ABŞ-ın müxalifətdən istifadə edərək Venesuelaya təzyiq göstərməsi bu ölkənin demokratiyasına çirkin müdaxilədir. "Nə ABŞ, nə də onun sözçüsü hər hansı bir Latın Amerika ölkəsində seçkilərin nəticələrini araşdıracaq nüfuza malik deyil.",-deyə Evo Morales əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
130

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru