Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2013
21:54
Bu il məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq
"Ötən il Azərbaycanda 20 minə yaxın məcburi köçkün, yəni 4 minə yaxın ailə üçün yeni yaşayış binaları tikilib"

Bu sözləri Mingəçevir şəhərində məcburi köçkünlərlə görüş keçirən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, qarşıdakı yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcək: "Hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir. Ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakı şəhərindəki yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi və onlar üçün müəyyən iş yerlərinin yaradılması məqsədilə yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Bu məqsədlə Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb. Bundan əlavə hazırda 9 şəhər və rayonda məcburi köçkünlər üçün yaşayış evləri inşa edilir.

Ölkədə 6 minə yaxın məcburi köçkün vaxtilə yerli icra nümayəndələri tərəfindən rayon və şəhərlərdə boş, yaşayış olmayan evlərdə yerləşdiriliblər. Hazırda onların da yeni evlərlə təmin olunması prosesi davam edir. Bugünədək artıq 40-dək belə məcburi köçkün ailəsi yeni evlərə köçürülüb”.

Komitə sədri bildirib ki, 2013-cü ildə daha 4 min ailə, yəni 20 minə yaxın məcburi köçkün üçün daha 8 qəsəbə və məhəllə salınacaq./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
867

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
857

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1249

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1199
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru