Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2013
14:45
Əli Həsənov: `Ayrı ev almaq üçün boşanan məcburi köçkünlər var`
Komitə sədri son günlər BDU yataqxanalarından köçürülmə ilə əlaqədar mətbuatda yazılan qərəzli yazılara kəskin münasibət bildirib

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son günlər Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından köçürülmə ilə əlaqədar mətbuatda yazılan qərəzli yazılara münasibət bildirib.

Ə.Həsənov qeyd edib ki, bu, Azərbaycanı, onun xalqını, rəhbərini istəməyənlərin ölkəyə qarşı ədalətsiz addımıdır: “Axı görülən işləri bu dərəcədə necə təhrif etmək olar? Bir neçə ailə mənzil almaq üçün bu yaxınlarda BDU-nun yataqxanasına qeydiyyata düşüb. Hətta ayrı-ayrı mənzil almaq üçün 2-3 ay bundan əvvəl boşananlar da var. Biz bunlara göz yummalıyıq? Bu, mümkün deyil. Çünki bu qəsəbələr yataqxanadakı məcburi köçkünlərin sayına uyğun hesablanıb. Biz məcburi köçkünlərə izah etmişik ki, 20 il ərzində ailə içində əmələ gəlmiş ailələr hamısı köçürüləcək. Amma başqa yollarla mənzil almaq mümkün deyil. Müxalifət mətbuatı bu məqamlardan istifadə edib çox qərəzli yazılar yazır. Əsassız yazılarla ləkə götürməyən yerə ləkə salmaq qeyri-mümkündür. Biz artıq 15 ildir bu tikintiləri və ev bölgüləri tam şəffaf şəraitdə aparırıq. Bölgü komissiyalarında “Qaçqınkom”dan cəmi 1 nəfər iştirak edir. Orada rayon icra hakimiyyətlərinin, yataqxanaların, hüquq-mühafizə orqanlarının, QHT-lərin, köçkünlərin nümayəndələri təmsil olunur və məsələlər püşkatma yolu ilə həll olunur. Belə şeyə ləkə salmağa necə cəhd edirlər? Bunun üçün gərək insan olmayasan və vicdanını tamam itirəsən”./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
221

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
299

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 04:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru