Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2013
16:35
Yeni salınmış şəhərcikdən ev almayan məcburi köçkünlər aksiya keçirməyə cəhd ediblər

FaktXəbər-in məlumatına görə, bu gün Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkünlər aksiya keçirməyə cəhd ediblər. Aksiya keçirilməsinə səbəb isə onlara yeni tikilmiş şəhərcikdə mənzilin verilməməsidir. Aksiya iştirakçıları şəhərin ən işlək yollarından olan Mətbuat prospektini bağlamağa cəhd göstərsələr də, polis buna imkan verməyib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən rəsmi açıqlamada isə bildirilir ki, aksiya keçirənlər işğal altında olmayan ərazidən olan vətəndaşlarla ailə quran xanım məcburi köçkünlərdir. Qanunvericilikdə göstərilir ki, məcburi köçkün statusu ailə başçısı ilə müəyyənləşdirilir. Əgər ailə başçısı məcburi köçkün deyilsə, onun övladları da məcburi köçkün deyil.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
221

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
289

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 04:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru